Pensiya yaşı ilə əlaqədar Zərdabda 96 nəfər işdən çıxarılıb

0
59

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişiklərlə əlaqədar Zərdab rayonunda ümumilikdə 96 nəfər işdən azad olunub. www.zerdab.com xəbər verir ki, onlardan 78 nəfəri müəllim, 4-ü məktəb direktorudur. Yaşla əlaqədar həmçinin 2 nəfər Təhsil Şöbəsinin işçisi, 1 nəfər uşaq bağçasının tərbiyəçisi, 11 nəfər texniki işçi işdən çıxarılıb. Qeyd edək ki, 2011-ci ildə Zərdab rayonuna təyinatla gəlmiş 6 nəfər gənc mütəxəssis kənd məktəblərində işlə təmin edilib. 37 nəfər gənc mütəxəssisə isə Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq nəzərdə tutulan 1-ci və 2-ci istiqamətlər üzrə əlavə müavinətlər verilib.