Zərdab sakini vəhşi heyvanın hücumuna məruz qalıb

0
71

Zərdab rayon sakini çaqqal hücumuna məruz qalıb. Hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini Mustafa Əhmədov özünə məxsus pay torpağında mal-qara otararkən çaqqal ona hücum edib və ayağından yaralayıb. M. Əhmədova tibbi yardım göstərilib. Məlumata görə, Allahqulubağı kəndi meşə zolağında yerləşdiyi üçün burada tez-tez vəhşi heyvanların mal-qaraya hücumu faktı baş verir.