Tanınmış oftalmoloq Çingiz Cərullazadə: “Məni Zərdabda nənə-babam tərbiyə ediblər” – Müsahibə

12
962
cingiz-cerullazade1
 Mərkəzi Neftçilər Xəstəxanasının Göz Mərkəzinin rəhbəri, Amerika Oftalmologiya Akademiyasının üzvü, professor Çingiz Cərullazadənin Zerdab.com saytına müsahibəsi.

– Uşaqlıq illəriniz harada keçib, özünüzü zərdablı hesab edirsinizmi?

– Mən Ağdaş rayonunda anadan olmuşam, atam zərdablıdır. Uşaq vaxtı hər yay valideyinlərim məni nənə və babamın yanına aparardılar. Sevinə-sevinə gedirdim. Ona görə özümü zərdablı hesab edirəm. Bizim əslimiz Zərdab rayonunun Nəzəralı kəndindəndir. Məni orada nənəm və babam tərbiyə ediblər. Vətənimə, el-obama bu qədər bağlı olmağı da mənə onlar aşılayıblar.

– Bəs Zərdab uşaqlıq xatirənizdə necə qalıb?

– Kənd həyatı, isti hava, ağcaqanadlar, qışın soyuğu, kəndin palçığı, qohumların təndirdə çörək bişirmələri yadımda çox yaxşı qalıb. Axşamlar kənd camaatının təzək yandırması, ətrafı tüstünün bürüməsi yadımdadır.
Mən əvvəllər də, elə indinin özündə də Zərdab camaatına çox fikir verirəm. Buna görə də bilirəm ki, mənim cürbəcür xasiyyətlərimin kökü zərdablı olmağımdan irəli gəlir. Zərdabın bir uğuru da ondadır ki, Həsən bəy Zərdabi kimi yetirməsi var. Həsən bəy Zərdabi təkcə Azərbaycan miqyasında yox, dünya səviyyəli bir ziyalıdır. Hətta mən deyərdim ki, Həsən bəy Zərdabi müsəlman dünyası ilə Avropa arasında körpü rolunu oynayan bir şəxsiyyət olub.

– Rayonumuza gedirsinizmi?

– Bəli, tez-tez gedirəm. Bundan əlavə, ildə 2-3 dəfə həkim qrupumuz Zərdaba gedir, insanları müayinə və müalicə edirlər. Bu gün hər adamın Bakıya gəlməyə imkanı yoxdur, yəni ya maddi problemi var, ya Bakıda qalmağa yeri yoxdur, ya da ailəsini qoyub gələ bilmir. Ona görə də belə insanlara dəstək məqsədilə biz özümüz rayona gedirik.

– Bakıda yaşayan ziyalılarımızla əlaqəniz varmı?

– Bəli. Adlarını bir-bir sadalamaq istəmirəm. Çünki birini deyib digərini deməsəm məndən inciyərlər. Bizim çox aktiv ziyalılarımız var.

– Sonda saytımızın fəaliyyətinə münasibətinizi bilmək istərdik…

– Belə bir saytın yaranmasını çox alqışlayıram. Bu çox yaxşı təşəbbüsdür. Təşəkkürümü bildirirəm. Saytınıza əlimdən gələn hər cür dəstəyi göstərməyə hazıram. Rayonumuzun digər ziyalıları da sizə bu xeyirxah işinizdə dəstək olmalıdırlar. İnternet dünyanın ən sürətli informasiya vasitəsidir. Saytınıza yerləşdirdiyiniz xəbəri, müsahibəni eyni anda Amerikada yaşayan şəxs də, Zərdabın hansısa kəndində yaşayan adam da oxuya bilər. Bu mənada saytınızın fəaliyyətinə dəyər verilməlidir. Sizə bundan sonrakı işlərinizdə uğurlar diləyirəm.

Nicat, Zerdab.com

12 ŞƏRH

  1. sizden xais edirem mene oz nomrenizi ve harda islediyinizi yazasiz yerinizi deyisdiyizni oyrendik sizin kohne xesdenizin bacisiyam sizi axdarirdim

  2. salam Cingiz ,muellim men zerdab rayonun pervanli kendindenem,gozle bagli ciddi prablemim var,sizinle gorushmek isdeyirem.xaish edirem men ne vaxt ve harda sizinle gorushub sizin qebulunuza dushe bilerem?xaish edirem mene musbet cavab veresiniz?size umid besleyirem?qabaqcadan size oz minnetdarligimi bildirirem, HORMETLE AZAD PASHAYEV TEL:0519111611

  3. Salam Cingiz müəllim, Sizdən xahiş edirəm mənə iş və ya əl telefon nömrənizi verəsiniz. Mən atamı sizin qəbulunuza gətirmək istiyirəm. Xahiş edirəm tez bir zamanda cavab yazasınız.
    Hörmətlə Elnur

  4. Fexr olunasi hemyerlimizdi,hetda kendcimizdi Cingiz Cerullazade,Senetin ve shoretin zirvesinde olan Dunya shoretli,genish miqyasda taninan Oftalmoloqau.

  5. salam doktor sizinle nece elaqe saxlamaq olar xaiş edirem oz nomrenizi mene vererdiniz

  6. SALAM,ÇİNGİZ HƏKİM.ANAMDA TOYUQ KORLUĞU XƏSTƏLİYİ VAR.EYNİ ZAMANDA SONRADAN KATARAKTADAN ƏMƏLİYYAT OLUNDU.SOL GÖZÜNDƏ LİNZA,15-20% GÖRÜM,SAĞ GÖZÜNƏ İSƏ LİNZA QOYULMAYIB,9%GÖRMƏ VAR.YAŞI 64.SAĞ GÖZ 2008-DƏ,SOL GÖZ İSƏ 2011-DƏ ƏMƏLİYYAT OLUB.GÖRÜMÜ SAXLAMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR? ÇİNGİZ HƏKİM SİZDƏN ARTIQ DƏRƏCƏDƏ XAHİŞ EDİRƏM Kİ,SUALİMI CAVABLANDIRARDI-RARDINIZ.ÇOOOX XAHIŞ EDİRİK…ƏVVƏLCƏDƏN SİZƏ MİNNƏTDARLIĞI–MIZI BİLDİRİRİK…

  7. Salam,Cingiz hekim.Menim 31yasim var.1995ci ild
    e 12yasim olanda siz meni operaciya etmisiz.Respublika xestexanasinda.size tewekkur edirem.(29.01.15)tarixde res.xestexanasinda oldum sizi tapa bilmedim.sizle nece sohbet yada goruse bilerem?

  8. Salam,Cingiz hekim.Menim 31yashim var.Siz 1995-ci ilde Res.xestexanasinda menim 12 yashim olanda operaciya elemisiz.Teshekkur edirem,minnetdaram.Bu gun (29.01.2015)res.xestexanasinda oldum.Sizi soruwdum,dediler burda iwlemir.Men sizinle nece elaqe saxlaya bilerem.

  9. SALAM. CINGIZ DOKTOR OFKO GOZ KLINIKASINDA CALISIR. UNVANI INTERNETDE VAR. AXTARIN TAPARSIZ.

  10. salam ay camaat sızın yazdıqvızı o doctor gormur bunu haqqında zerdab.com melumat verır ve bu melumatı yayan adam gorur onları ve oda boyuk ehtımal sızın ısteklernızı doctora demır………

Comments are closed.