“Zərdab şəhər Həzi Aslanov adına 3 saylı tam orta məktəbin əsaslı təmir edilməsi müəllim kollektivini çox sevindirmişdi. Təmir bitdikdən sonra məktəbə istilik sistemi quraşdırıldı və köhnə batareyalar yeniləndi. Ancaq məlum oldu ki, bu sistem şəhərin digər 2 məktəbindən fərqli olaraq dizel yanacağı ilə işləyəcək. Digər iki məktəbdə bu sistem qazla işlədiyi üçün sutkanın yarıdan çoxu batareyalar çalışır və məktəbin temperaturu normal olur. 3 saylı orta məktəbdə isə vəziyyət başqa cürdür”. Bu barədə orta məktəbdə müəllim işləyən Muxtar Əlizadə məlumat verib. Onun dediyinə görə, ötən il dizel yanacağı vaxtlı-vaxtında verilmir, veriləndə də cəmi 6 saatlıq yanacaq verilirmiş: “Deyin görək, günortadan sonra dərnək məşğələlərinə, təşkilat saatlarına gələn müəllim və şagirdlər sinifdə necə otursunlar? Şagird və müəllimlər sinfə palto ilə girirlərsə, hansı dərs keyfiyyətindən danışmaq olar? Dizellə işləyən bu sistemin bir özünəməxsus xüsusiyyəti də ondan ibarətdir ki, lazımi istilik yığılmır və siniflər hətta batareyalar işləyəndə də soyuq olur. Keçən qış məktəbin direktoru R. Əhmədovadan xahiş etdik ki, yuxarı orqanlarda bu məsələni qaldırsın və bu sistem qaza qoşulsun. Direktor bildirdi ki, mən yeni gəlmişəm və bundan sonra bu qış üçün nəyəsə nail olmaq olmaz, gələn il məsələ həll olunacaq. Onun dediyi il gəlib, ancaq hələ ki, bir dəyişiklik yoxdur. Problem hələ də qalır. Biz deməkdən yorulduq. Yəqin bu il də beton döşəmələr üzərində soyuq otaqda dərs keçməli olacağıq. Bu il isə istilik sistemimizdə ümumiyyətlə nasazlıq var. Belə ki, bu gün məktəbin bir hissəsinin batareyalarına isti su çatmadı və bəzi siniflər istilik görmədi. Ancaq söz verildi ki, bu nasazlıq tezliklə həll olunacaq. Hələ ki, havalar yaxşı keçir. Qışda şaxtalar düşəndə gündə cəmi 6 saat işləyən və normal istilik verməyən sistemlə şagirdlər sinifdə necə oturacaqlar? Arabir müəllimlərdən bəziləri hətta odun peçi arzulayır. Otaq bəzən tüstü olsa, üstümüzdən iy gəlsə də hər halda isti olurdu. İndi isə yenə müəllimlər və uşaqlar başlayacaqlar xəstələnib dərsdən qalmağa. Soyuq otaqda nə müəllimin öyrətməyə həvəsi olur, nə də şagirdin öyrənməyə. Kollektivimiz əlaqədar təşkilatlardan xahiş edir ki, burada təhsil alan şagirdlərə öz övladları kimi, müəllimlərinə isə bacı-qardaşları kimi yanaşsınlar və istilik problemini təcili həll etsinlər”.
Sağ olsun, Zərdab şəhər icra nümayəndəliyinin rəhbəri Hafiz Kərimovu !!!! Kişi adamdır, dünən Muxtar müəllimlə bu problemlə əlaqədar onun qəbulunda olduq. Istilik sisteminin təmiri ilə bağlı lazım olan materialları bir günün içində təşkil etdi. Indi qaldı təmir, bazar ertəsinə kimi o da düzələr.
Anonim şərhlər sayta buraxılmır. Xahiş olunur, şərhi öz adınızla yazın ve emailinizi (əgər varsa) qeyd edin. Bu yazı ilə bağlı bir çox şərhlərin saytda yerləşdirilməməsinin səbəbi anonim yazılmasıdır.
Ay sayt adminleri, men kend qiziyam.Menim elektron poctum ne gezir?Men bu genc muellime uqurdan basqa ne arzulaya bilerem ki?Duz deyir daa soyuq sinif otaqinda nece ders kecsin??
İstilik berpa olundu. Amma rayon tehsil shobesinin bundan xeberi olmadi….
Görəsən Rayon Təhsil Şöbəsinin Azəriqaz İB-yə texniki şərt almaq və dizel sisteminin qaza çevrilməsi üçün məktub göndərməməsinin, bu məqsədlə qəbula getsək də qəbul olunmamağımızın səbəbi nədir? Qaz İstismar İdarəsinin müdiri Coşqun müəllim bildirdi ki, müraciət olsa 1 ay müddətində həll olunacaq. Görəsən sistemin dizellə işləməsi kimə sərf edir? Bəlkə yanacağı az verdikləri üçün belə edirlər? Bəs qalan yanacaq hara gedir? Şəhər İcra Nümayəndəsi Hafiz müəllimə də kollektiv adından dərin təşəkkürümüzü bildiririk. Baxmayaraq ki, istilik məsələsi birbaşa Təhsil Şöbəsinə aiddir, ancaq Hafiz Kərimov uşaqların soyuqda qalmasına etinasız qalmadı və xahişimizə müsbət cavab verərək məktəbi təmir materialları ilə təmin etdi.
salam ne yazibibsa hamsi duzdu
Comments are closed.