Zərdab rayonunda kənd təsərrüfatı işləri müzakirə edildi – foto

0
53

Zərdab Rayon İcra Hakimiyyətində inzibati ərazilərdə kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı müşavirə keçirilib. Zərdab RİHBA-nın informasiya təminatı və təhlil sektorundan www.zerdab.com saytına verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov rayonda kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı geniş məruzə edib. Qeyd olunub ki, son illər rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalı sahəsində nəzərəçarpacaq irəliləyişlər olub. Ötən il 40 min tona yaxın taxıl istehsal edilib, iri və xırda buynuzlu heyvanların baş sayı xeyli artıb. Məhsul istehsalının artırılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyinin rolu xüsusi vurğulanıb. Yığıncaqda 2013-cü il üçün taxıl əkininin 01 dekabra kimi başa çatdırılması, digər bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artırılması istiqamətində vəzifələr müəyyənləşdirilib. Çıxış edənlər – Şəftəhal kənd icra nümayəndəsi Veysəl Sadıqov, Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov, Məlikumudlu kənd icra nümayəndəsi Seyfəddin Pənahov və digərləri suvarma suyu ilə təminata diqqətin artırılmasına, “Aqrolizinq”in rayon filialının gücündən səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsini vurğulayıblar.

 www.zerdab.com