20 noyabr – Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Yarat!” təşkilatı ilə birgə 6-9 noyabr 2012-ci il tarixlərində xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı və imkansız ailələrə yardım məqsədi ilə “Bacar Art” adlı layihə həyata keçirib. Bu layihədə Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi də fəal iştirak edib. Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektorundan www.zerdab.com saytına verilən məlumata görə, aztəminatlı ailələrdən olan, tək valideyn himayəsində olan Mustafazadə Brilliant Vüqar qızı, Məhəmmədli Bünyamin Tapdıq oğlu, Əhədova Sürmə Qnyaz qızı və Mərkəzin direktoru Könül Həsənova bu məqsədlə Göygöl şəhərində keçirilən layihədə iştirak ediblər. Burada uşaqlara “Master Klass” verilib. 16 noyabr 2012-ci il tarixdə uşaqların əl işləri toplanaraq “Yarat!“ təşkilatına göndərilib. 20 noyabr 2012-ci il tarixdə Bakı şəhərində “Kempinski” Hotelində layihənin yekun tədbiri keçirilib və uşaqların əl işlərindən ibarət sərgi-auksion təşkil olunub. Auksionda Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin uşaqlarının 9 əl işi satışa çıxarılıb və bunlardan 6-sı satılıb. Uşaqlar seçilən ilk onluğa düşüblər. Sonda isə uşaqlar Komitənin və “Yarat!” təşkilatının hazırladığı hədiyyələrlə təltif olunublar.
www.zerdab.com
men orda adi cekilen mehemmedov bunyamin faiq ogluyam men demek isteirem ki,menim atamin adi tapdiq yox faiqdir.
cox gozel
bunyamin eladi
hallaldi bala geleceyiniz var
bumyamin cox yaxsi
cox sagolun ama mirzekerim.kenan sizi yanidim ama —
gorursuz hamsi menim adamimdi benden baska kime yazblarki?????
Comments are closed.