Noyabrın 23-də M. F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında bu qurumun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Kitabxanadan bildiriblər ki, tədbir çərçivəsində, həmçinin “Həsən bəy Zərdabi – 170” adlı elektron məlumat bazasının təqdimatı keçiriləcək və geniş kitab sərgisi açılacaq.