Gözəldir, şöhrətlidir, istedadlıdır, amma onun “düz üzünə” deyilməyənlər var. Ətrafındakı hər kəs onu tərifləyir. Arxasındakılar isə… Yox, bəlkə də Dilarə Əliyeva onları heç eşitmir. Eşitmək istəmir, deməzdim. Özümü pis adam edəcəyəm, qoy elə məndən eşitsin…
– Dilarə, gəl əvvəlcə səni tərifləyim: istedadlısan və bu yəqin genetik məsələdir. Bu hazırcavablığın, şuxluğunla səni Leylafı nənənə oxşadıram.
– (Uğunur gülməkdən) Mən şokdayam bunu hardan bilirsən? Müsahibədə belə sürprizlər mənə ləzzət edir də. Hə, Leylafı nənə Zərdabın kəndində yaşayırdı, mən uşaq vaxtı görmüşdüm onu. Yəni çox yaxınlığım olmayıb. Genetika böyük faktordur.
– Niyə güldün ki? Axı o, heç sənin nənən deyil. Zərdab rayonunun Əlvənd kəndində yaşayan babanın əmisi qızıdır.
– Hə, doğrudur. Çox komik arvad idi. Onu mən uşaq ikən görmüşdüm. Ola bilər, ona oxşamışam.
– Zərdab rayonunun Əlvənd kəndində özündən məşhur bir adam tanıyırsan?
– Mən Həsən bəy Zərdabinin o kənddən olması ilə fəxr edirəm. Ümumiyyətlə, özümü elə də böyük adam hiss etmirəm.
– Əslən Zərdandan, daha doğrusu, sizin kənddən olan daha bir aktyor var. Adını niyə çəkimirsən? Azər Mirzəyev…
– (Gülür) Hə, o da əslən Zərdabdandir. Biz onunla qohumuq. Bunu heç kim bilmir, əmi nəvəsiyik.
– Genetikan səni aktyorluq üstündə kökləyib. Niyə aparıcı oldun ki?
– Mənim üslubumda aparıcı televiziyada yoxdur. Əgər aktrisanın aparıcı olmaq qabiliyyəti varsa, niyə də olmasın?!
– Heç sənə deyiblər ki, yanındakı o 2 aktrisa olmasaydı, sən çox zəif görünərdin?
– Mən eşitməmişəm. Özüm də belə düşünmürəm. Bilirsiniz, bizim veriliş efirdə yeganə verilişdir ki, 15 ildir əyləndirə bilir və yüksək reytinqini itirməyib.
– Niyə aktirsa kimi yadda qalmırsan?
– Çünki tamaşaçı məni 15 ildir aparıcı kimi tanıyır. Aparıcılıqla daha çox yadda qalmışam.
– Mən deyərdim məhz zamanın tələbi ilə həm serialda, həm teatrda, həm televiziyadasan. Bu səncə sənəti bir az yola vermək deyil? 2 tərəfə baxan çaş qalar deyirlər, çaş qalmırsan?
– Çaş qalmamışam. Sözündən belə çıxır ki, yarımçıq qalmışam. Sən belə görürsənsə, heç nə deyə bilmirəm.
– Haqlıyam, haqsızam?
– Təbii ki, mən haqsız olduğunu deyəcəyəm.
– Deyəcəksən, bəs sübut edə biləcəksən?
– Mənim nəyisə sübut etmək istəyim yoxdur. Mən 15 ildir ki, bu işi görürəm. Elə insan de ki, 15 il televiziyaya çıxdığı gündən öz marağını qoruyub saxlaya bilir. Tamaşaçı ilə səmimi kontaktım var və buna görə də onları çəkib saxlaya bilirəm.
– Sən Oqtay Əliyevin həyat yoldaşı olmasaydın efirdə çox qala bilməzdin axı…
– Bilmirəm qalardım, ya qalmazdım. Amma bu illər ərzində mənə yüksək qonorarlı işlər çox təklif olunub. Bunları Oqtay təşkil eləmir ki. Onların heç birini qəbul etməmişəm. Deməli, mənə tələbat var. 15 ildə 5 dəfə reklama çəkilmişəm.
– Necə hesab edirsən, sən mədəniyyətdəsən, yoxsa şou-biznesdə?
– Hələ ki, mədəniyyət adına gördüyüm böyük işlər var. Teatrda gördüyüm işlər mədəniyyətə aiddir. “Cavid ömrü” filmində çəkilməyim də. Amma efirdə etdiklərim şou-biznes adına gedir. Ona görə ki, televiziyadadır. Amma mənim ayrıca yerlərdə nə şou konsertlərim var, nə də ki, verlişlərim.
– Şou biznesdən ilk dəfə qazanan siz olduz. Azərbaycanda şou-biznesi demək olar ki, “SOY” yaratdı.
– Şou-biznesi efirə çıxarıb pul qazanmaq başqa şeydi. Mən veriliş edib rüşvət almamışam. 15 ildə bunu heç kim deyə bilməz.
– Ailə olaraq qazanırsız…
– Veriliş baxımlı olub sponsor qazanmışıq. Elə bilirlər ki, qaz vurub, qazan doldururuq. Yenə deyirəm, biz heç kimdən pul almırıq efir üçün.
– Məncə, yer üzündə ən ziyalı zümrə aktyorlar olmalıdır. Nəzərə alsaq ki, insanı formalaşdıran əsas faktorlardan biri bədii ədəbiyyat, bədii kitablardır, onda aktyorların boynuna nə qədər böyük yük düşdüyünü izah etməyə ehtiyac qalmır. Çünki, atyorlar bizim oxuduğumuz və unutduğumuz kitabları ona görə unutmur ki, bu rolları yaşayır. Məntiqlə aktyorlar dərin adamlar olmalıdır. Bəs niyə bizimkilər savadlı və dərin deyillər?
– Dərin savadı olanları var.
– Çox azdır axı...
– Dərin adamın söhbəti başqa olur. Mən tamaşaçıyla normal danışmağı öyrənmişəm. Dərin cümlələr qursam, başa düşülməyəcəm.
– Əslində, dərin adamlar sadə danışırlar…
– Əgər bir insan ciddi danışırsa, onu qəbul etmilər. Bizdə aktrisalar var, onun təhsili belə yoxdur.
– Məncə, televiziya Dilarəni kasadlaşdırır. Sən “Oğru” tamaşasında, “Gəlinlər” tamaşasında çox yadda qalan idin. Ancaq “Cavid ömrü” filmində sən sadəcə yaxşı oynamağa çalışmışdın, amma düzünü deyim, alınmamşdı.
– Niyə elə hesab edirsən?
– Əslində, orada sənin günahın yox idi. Rejissor sənə o rolu verməklə uğursuz seçim etmişdi. Xarici görünüşün belə, uyğun deyildi. Müşkünaz xanım tosqun və bəstəboy qadın idi. Danışığınız isə tam fərqli idi.
– Rejissor isə mənim Müşkünaz xanımla oxşarlığımı görmüşdü. Onun elə bir şəklini tapmışdılar ki, eynən mənə bənzəyirdi. Mən bunu sənin şəxsi fikrin kimi qəbul edirəm.
– Dözmək necə hissdir?
– Mən səbrli insanam.
– Bəs ailədə çox dözmüsən?
– (Gülür) Hələ məlum deyil, kim kimə dözüb.
– Mən səni bəxti gətirmiş insan hesab edirəm?
– Təbii ki.
– Bəs öz həyatını qızlarına arzulayardın?
– Hə. Nə qaydasında deyil ki, arzu etməyim?! Nəyim varsa, onunla qane olan insanam. Pulda da, işdə də eləyəm, heç nəyi dərd edən deyiləm.
– Allahdan daha nə arzu edirsən özünə?
– Nəyim varsa, onu mənə çox görməsin. İnsanın gözü heç vaxt doymur. Bu gün üçünə baxanda pisəmsə, beşindən yaxşıyam. Prinsipim budur: pisə bax, özünü yaxşı hiss elə.
– Xalq səni sevir?
– Sevməyənlər də var, amma çoxluq sevir.
– Yaxşı, sevənlərin çoxdursa, niyə şərhləri açmağımızı istəmirsən?
– Mən özüm efirimə gələn insanları qoruyuram. Nə qədər pis olsalar da, istəmərəm onlara kənardan ağır söz deyən olsun. Hər yoldan keçənin ağzına gələni yazmağa imkan vermək olmaz. İstəmirəm kim üçünsə imkan yaransın ki, mənim üzümə deyə bilmdəyini aşağıda desin. Həvəsdən düşə bilərəm, əsəbiləşə bilərəm. Mən həssas adamam. Böyük planlarım var. Maraqlı işlər görəcəyəm. Onları yarımçıq qoya bilərəm. Onu da deyim ki, bu yaxında efirdə hamını təəccübləndirəcək qərarlar verəcəyəm və böyük bir layihədə iştirak edəcəyəm.
– Ürəkdən gülməyin insanları əsəbləşdirir?
– Hərdən özümü də əsəbləşdirir. Həmişə deyirəm ki, “gülmək qadağandır” rubrikasında özüm hamıdan çox gülürəm. Bəzən xoşlamıram bu xasiyyətimi. Bu yaxınlarda tələbə dövrümün bir videolenti əlimə keçdi. Baxdım ki, mən elə o adamam. İllər məndə heç nəyi dəyişməyib. Dedim, şükür sənə, ay Allah. Mən o ürəkdən gələn təmiz gülüşü qoruyub saxlaya bilmişəm.
– Bəs doğurdan, çox gülənin çox dərdi var?
– Yox mənim elə bir dərdim yoxdur. Həmişə deyib-gülən olmuşam. Çünki enerjimi pozitiv saxlamaq və ötürmək istəmişəm.
– Səni qeyri-ciddi sayanlar olub?
– Bir dəfə verilişlərin birində Sevinc Osmanqızı ilə çıxdım. Orda mövzu reytinqli verilişlər idi. Zəng eləyənlər dedi ki, biz Sevinc xanıma hörmət edirik. Biz ciddi verilişlərə baxırıq. Amma heç biri o verilişin sonuncu buraxılışındakı hadisələri xatırlaya bilmdilər. Haqlısınız, mənim verilişimə yüngül veriliş kimi baxanlar da var. Məsələn, kimsə qəzetdə yazılan məqaləsində Rəqsanəni kəskin ittiham edir. Mən isə zarafatla sözü ona elə deyirəm ki, bütün o ciddi sözlərdən ağır olur. Məsələn, bir dəfə ona dedim ki: “Rəqsanə, sən necə oldu ki, bir neçə il bundan əvvəl şou-biznesə gəlmədin?”. Heç bir söz deyə bilmədi. Öldü, getdi gülməkdən. Dedi: “Düz deyirsən, mən hələ də şou-biznesə gəlib çıxa bilməmişəm”. Bu söz min acı sözdən betər idi. Mən çoxlarının yüngül bildiyi bu verilişə o qədər ciddi hazırlaşıram, qonaqlarımın bütün müsahibələrini oxuyuram ki, onu haradan vura bilcəyimi anlayım.
– Bizdə komik janrın aktyorlarını ciddi qəbul etmirlər, razısan?
– (Gülür) Hə, düzdür. Hərdən yaxın adamlardan mənə deyənlər olur ki: “Sən Allah, bir az ciddi işlə məşğul ol”. Mən öz yaradıcılığımda ən zəif işimi “Məhəllə” filmi bilirəm. Bəzən özümü danlayıram ki, mən niyə o filmə çəkildim? Amma bu zəif bildiyim filmə görə İsveçrədə azərbaycanlılar məni atıb-tuturdular. Hətta orda bir nəfər Rusiyada yaşayan yuxarı vəzifəli bir həmyerlimiz mənə dedi ki, sənin o “Məhəllə” filminə Putin baxıb və gözündən yaş gəlib. O qədər gülüb ki… Deyib: “Mən ömrümdə Lenini belə ağlayan aktrisa görməmişəm”.
– Bəs niyə heç kim indi də nə Lütfəli Abdullayevə, nə Nəsibə xanıma komik, yüngül aktyorlar kimi baxmır?
– Bəlkə vaxt gələcək, – mənim qəbrimin üstündə ot bitəndə,- hamı mənim filmlərimi, seriallarımı da şedevr əsər biləcək?!
– Dilarə, çalışdım sənin haqqında düşündüklərimi “düz üzünə” deyim. Özünü necə hiss elədin?
– Güzgüyə baxan adam kimi.
– Bəs güzgüdə özün-özünə xoş gəldin?
– Sabir deyir: “Niyə bəs böylə bərəldirsən, a qarə, gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü?” Xoşuma gələn məqamlar da oldu, şübhələndiyim, narazı qaldığım məqamlar da. Belə də olmalıdır, insan özündən heç vaxt razı qalmamalıdır.
Salam.musahibe xowuma geldi.ammalar var ama.mence adam yerlisin bu qeder sixiwdirmaz.mence narazi salmisiz Dilare xanimi
Biz zerdablilar Dilare xanimin hemyerlimiz olmasindan qurur duyuruq. Musahibeni de maraqla oxudum ve teshekkur edirem. Xahish edirem irdlarimdan incimeyin, sehv ediremse, duzelish verin, men buna shad olaram. 1. H. Zerdabi ne vaxtdan elvendli oldu axi? 2. Unli teatr, kino ve televiziya senetchisi Dilare xanim bilmirmi ki, Azerbaycan teatrinin temelini qoyan 5 en gorkemli aktyordan biri Mehemmed bey Melikov Alvendidir. Muselman dram teatrı cəmiyyətinə birinci üzv yazılan HÜSEYN ƏRƏBLİNSKİ, GÖYÇAYLI ƏBÜLFƏT VƏLİ və MƏHƏMMƏD BƏY ƏLVƏNDİ olmuşdur. O, “Müfəttiş”də Osipi, H. Ərəblinski Dobçinskini, “Otello”da Yaqonu, “Ağaməhəmməd şah Qacar”da Murtuzaqulu xanı, “Nadir şah”da şah Təhması klassik səviyyədə oynamışdır. İlk Azərbaycan teatrında Əlvəndi hətta rejissorluq və qrimçilik də etmişdir.
Xalq artisti Hacıağa Abbasov yazırdı: “Əlvəndi sözün əsl mənasında səhnə dəlisi idi. Onun bu “dəliliyi” ağıllı zəhmətindən qidalanan qüvvətli istedadından doğurdu”… Əlvənd torpağı Əlvənd Mirzə, Ağası xan kimi qəhrəman tarixi şəxsiyyət, hökmdarlar yetirmişdir. A. A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır ki, “1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu”… Azərbaycanın tibb sahəsində yeganə akademiki Böyükkişi Ağayev Əlvənddə doğulmuşdur…
Hormetli Isameddin bey,men sehv etmiremse siz Ekinci qezetiniin bash redaktorusunuz.Bu saytda yazilarinizi oxuyuram,sizin tarixi faktlari arashdirmaqda zehmetiniz evezsizdir,bir Zerdabli olaraq,size cefakesh Zerdab ziyalisi kimi shexsen teshekkur edirem,meni daima narahat eden bir sebeb var,nedense Hesenbey Zerdabini hemishe metbuatin banisi kimi yad edirler.axi bu dahi ziyalimiz hemde teatrin banisidi,bunu Dilare xanim demeli idi,bunu efirde herden qeyd edirler,amma aqiz ucu,ustunden tez kecirler genish tebliq olunmur,bu barede xahish edirem imkan olan zaman heryerde danishin tebliq eyleyin,sonra Zerdabin taninmish shexsiyyetleri barede rubrika var,bizim bir taninmish aktyorumuzda var,Emekdar artist Edalet Memmedov(Metin oqlu),Gencler teatrinin aktyorudu.dublayjda sesi cox gedir filmlerde,onun adina rast gelmedim..bir emim oqlu var,Inshaat muhendisleri universitetinde muellim ishleyir.fizika elmleri namizedidi.Valeh Ehmedov,Mirseyib muellim de emim oqludubir nesilik. belke melumatlarim size gerek oldu.Saqolun var olun .bu ishlerde size uqurlar.
Dilarə xanım bir az klassiklərimizi yaxşı mütaliə edin
Niyə bəs böylə bərəldirsən, a qarə, gözünü,
Yoxsa bu ayinədə əyri görürsən özünü?
bu beytdə “a qarə” yox “a qare” yazılmalıdır, “qare” qiraət edən yəni “oxucu” deməkdir!
Comments are closed.