Zərdab rayonunun Çalı kəndində 360 yerlik, İsaqbaxı kəndində 220 yerlik, Aşağı Seyidlər kəndində 80 yerlik məktəb binalarının tikintisi davam edir. Bu barədə www.zerdab.com saytı məlumat yayıb. Məlumat üçün bildirək ki, Çalı kəndində məktəb tikintisinə bu ilin iyul ayında başlanılıb. Tikinti işlərinin 2013-cü ilin sentyabr ayında başa çatacağı planlaşdırılır. Binanın tikintisi üçün 2,3 milyon manatdan çox vəsait ayrılıb. İsaqbaxı kəndində tikinti işləri 2012-ci ilin avqustunda başlayıb. Bu binanın tikintisinin növbəti tədris ilinin başlanğıcında başa çatdırılması planlaşdırılır. Tikinti üçün 1,9 milyon manatdan çox vəsait ayrılıb. Aşağı Seyidlər kəndində də məktəb binası həmin vaxt istifadəyə veriləcək. Avqust ayında inşasına başlanılan məktəb binasına 550 min manatdan çox vəsait ayrılıb.