İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib. www.zerdab.com-un nazirliyin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Zərdab rayonunda Namiq Kürçaylıya, Anar Qurbanova məxsus mağazalarda saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkarlanıb. Yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.