Zərdab rayonunda yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir. www.zerdab.com saytı rayon icra hakimiyyətinin iqtisadiyyat şöbəsinə istinadən bildirir ki, bu ilin sonunadək daha 4 kəndə mavi yanacaq veriləcək. Belə ki, rayonun Gəlmə, Salahlı, Xanməmmədli və Hüseyinxanlı kənd yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi artıq başa çatdırılıb. Bu kəndlərə 6 min 687 metr yeni boru xətti çəkilib. Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Zərdab şəhərinin yeni salınmış 15-ci yaşayış məntəqəsinə, Qaravəlli və Təzəkənd kəndlərinə təbbi qaz verilib.
Xatırladaq ki, bir müddət öncə www.zerdab.com saytında Zərdab rayonunda kəndlərin qazlaşdırılması işinin yubanması barədə məqalə yayımlanmışdı.
Gözunuz aydın her zaman şad xeberli olasız. Sizler uçun çoox sevindim.
Sukur Allaha bu gunude gorduk o gun olsun butun kendlerimizede verilsin
Allah Cenab Pirezidentimizin canin sag elesin ki bize gozel Icra Bascisi teyin edib.Men sexsen Cenab Lutveli Babayevi alqislayiram.Zerdab Rayon Calli kend sakini Elnur Memmedov
Alllllllllll
Zerdablilara Salamlar
Zerdab gozel yerdi
Zerdaba Salamlar zerdab Gozel yerdi menim xosum gelir
Zerdaba Salamlar Calli kendinede Qaz cekilse gozel olar
Bes dogma Qoruqbagi kendimize ne vaxt cekilecek?Bilen varsa yazsin zehmet olmazsa.Evvelceden tesekkurler
Comments are closed.