Zərdab rayonunda xırda buynuzlu heyvanlar arasında kütləvi xəstəlik yayılıb. Heyvandarlıqla məşğul olan sakinlər artıq 1 aydır ki, bu xəstəliyin yayıldığını deyirlər. Onların sözlərinə görə, təsərrüfatlarda olan qoyunlar doğuşa 10-15 gün qalmış bala salır.
Artıq məsələ ilə bağlı baytar həkimlərinə və Dövlət Baytarlıq Xidmətinin “qaynar xətt”inə dəfələrlə müraciət olunub. Hələlik bununla əlaqədar lazımı tədbirlər görülməyib. Yerli sakinlər onu da qeyd ediblər ki, baytarlar xəstəliyə qarşı heç bir vaksinin olmadığını deyirlər.
Zərdab rayon Baytarlıq idarəsinin müdiri Məsum Pənahov isə rayonda heyvanlar arasında xlomidoz adlı xəstəliyinin yayıldığını, bunun balaatmalara səbəb olduğunu deyib. M. Pənahov qeyd edib ki, buna qarşı vaksinlər dövlətin deyil, heyvan sahiblərinin öz vəsaiti hesabına alınmalıdır. Onun sözlərinə görə, əvvəllər bu xəstəlik bütün rayon üzrə yayılmışdısa, görülən tədbirlər nəticəsində artıq bu xəstəliyin qarşısı nisbətən alınıb./APA/
Hamisi radiolakasiyanin zibilidir
Məsum Pənahov niye yalan danishirsiniz ki?hansi görülən tədbirlər nəticəsində artıq bu xəstəliyin qarşısı nisbətən alınıb?ozumun teserrufatimda bu hal olub ve helede davam edir.
Comments are closed.