Zərdab rayonunda intihar olub. Rayon Prokurorluğundan verilən məlumata görə, Gəlmə kəndində yaşayan 73 yaşlı Cəbrayıl Cəbrayılov özünü dəhşətli şəkildə öldürüb. O, bir neçə gün əvvəl elektrik yanıqları və kəsilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirlib. Məlum olub ki, C. Cəbrayılov özünü elektrik naqilinə bağlayıb və sonra isə elektrik açarını işə salıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Cəbrayıl Cəbrayılov dünyasını dəyişib. Ruhi əsəb xəstəliyindən əziyyət çəkən C. Cəbrayılov bir neçə dəfə özünü öldürməyə cəhd edib. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, iki gün öncə Zərdab rayonunun Bıçaqçı kəndində Əli Valikov adlı şəxs də özünü öldürmüşdü. /milli.az/
allah olenlere rehebet elesin
Comments are closed.