Zərdabın kəndlərində mavi yanacaq dərdi: 300 manatınız varmı?

12
56

Qarşıdan qış fəsli gəlir. Artıq indidən havalar soyumağa başlayıb. İndi Zərdabın qaz üzünə həsrət kəndlərində insanları düşündürən əsas problemlərdən biri də istilik məsələsidir. Özləri demişkən, hər il qışda 250-300 manat hazırlayırlar ki, 1 maşın quru odun alsınlar. Pulu, imkanı olanlar alır, olmayanlar isə, hər il qışda minbir əziyyət çəkirlər. Odun almağa imkanı olmayanlar əsasən, həyət-bacalarından qırdıqları oduncaqların hesabına evlərini qızdırmağa çalışırlar. Bu da ki, zülümdən başqa bir şey deyil. Hər dəfə anamın qış fəslində çəkdiyi əziyyətləri görəndə alnımdakı qırışlar bir az da artır. Bir neçə il əvvəl Zərdabda da kəndlərin qazlaşdırılacağı xəbərini eşidəndə ən birinci anamı təbrik etmişdim. Yazıq arvad, elə bir ürəyinə damıbmış, dedi bala, eşit, amma inanma. Dedim ay ana, sən narahat olma, uzağı bir-iki ilə kəndimizə qaz veriləcək. Özün demişkən, sənin də canın qurtacaq bu çör-çöpdən. Amma anamın sözü daha real oldu, üstündən iki il keçməsinə baxmayaraq, kəndlərimizin çoxunda nəinki qaz, heç onun borusu da yoxdur. Halbuki, bu dəqiqə Zərdabda kəndlərin qazlaşdırılması kənd camaatı üçün həll ediləsi ən vacib problemlərdən biri sayılır. Axı proses niyə bu qədər ləng gedir? Zərdab rayonunda kəndlərin qazlaşdırılması işinin yubanmasına səbəb nədir? Kəndlərin qazlaşdırılmasını bir qədər tezləşdirmək, camaatı sevindirmək olmazdımı? Mavi yanacaq həm rahatlıq baxımından, həm də iqtisadi cəhətdən səmərəli sayılır. Rahatlığı bəllidir, iqtisadi cəhətdən səmərəliliyi odur ki, 3 otaqlı bir evin hər 3 otağında bütün qış boyu qaz sobası yansa belə, xərci bir maşın odunun pulundan çox etməz. Bu mənada, kənd camaatının narahatlığını başa düşmək lazımdır. Bugünlərdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonda bu ilin 9 ayında görülmüş işlərə dair hesabat verdi. Həmin hesabatdan da aydın olur ki, kəndlərin qazlaşdırılması istiqamətində görülən işlər ləng gedir. Hesabatda deyilir: “Görülən bütün işlərlə yanaşı, kəndlərin qazlaşdırılması işinin daha da sürətləndirilməsinə diqqətin artırılmasının vacibliyi nəzərə alınmalıdır. Belə ki, tədbirlər planına əsasən Dəli Quşçu, Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı kəndlərinin 2010-cu, Əlibəyli, Allahqulubağı, Məlikumudlu, Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı kəndlərinin isə 2011-ci ildə qazlaşdırılması nəzərdə tutulmasına baxmayaraq, hələlik bu istiqamətdə işlərə başlanılmamışdır”.

Bəs işlər niyə ləngiyir? Bu ləngimə nə vaxtadək davam edəcək? İstərdik ki, ləngimələr aradan qalxsın və uşaqdan böyüyə kənd camaatının sevincinə səbəb ola biləcək bu problemin həlli sürətləndirilsin…

www.zerdab.com

12 ŞƏRH

  1. 21 esrde helede ozumuzu insan kimi hiss etmirik.qiw gelende odun al doqra yiq olme qiwdan cixarsan.qaz bizim kende cekilende yeqin pensiyayada olsa cixacayiq.

  2. Axır ki, milletin xeyrine olan bir yazı da verdiniz. Herden bele yazılar da olmalıdır. Bu saytdakı yazıları hemişe oxuyuram. Amma problemlerden az yazırsınız. Kendlere qaz çekilişinin zeiflemesi camaatın en ağrılı yeridir.

  3. Bu sayt yaxşı saytdır, ancaq bir az tenqidler azdır. İnsanlarda bele bir düşünce var ki, tenqid yoxsa demeli ortada nese var. Bele yazılarını çox olmalıdır. Men Rusiyada- Saratov şeherinde yaşayıram. Her il qış gelmemiş dedem 100 defe zeng vurur ki, odun pulu gönder. Men gönderirem, halal xoşları da olsun. Amma odun ne qeder olur olsun insanlar bezir, yorulur. Qaz çekilse ayağı temiz eli temiz adam kimi yaşayarlar da.

  4. Zerdabın bütün kendlerine qaz çekilse qulaqlarımı keserem. O heç vaxt ola bilmez.

  5. Zerdabın İcra başçısı öz yerlimizdir. Bu torpağın suyunu içib çöreyini yeyib. O bütün zerdablıları öz doğması hesab edir. İnşallah, o bu meseleye diqqeti artırar ve qaz çekilişi süretlener. Yeqin ki, burada yazılanlar barede ona melumat verileck. Biz kimise tenqid etmirik, sadece isteyirik camaatımız şaxdan-şevelden qurtulsun.

  6. Dəvəyə dedilər;- boyunun niyə əyridir? Dedi;-haram düzdür ki, boyunum da düz olsun.

  7. DOQURDANDA ZERDABIN KENDLERINE QAZ CEKILECEK XEBERI O VAXT COXLARIMIZI SEVINDIRDI AMMA TESSUFLERKI TEKCE SEVINIB SEVINCEK OLDUQ.KENDLERE INTERNET CEKMEKLE MEWQUL OLMAQDANSA ELE BU QAZ CEKMEK IWIYLE MEWQUL OLSALAR DAHA SAVAB IW GORERLER NECE NECE UREKLER SEVINDIRERLER.
    NEYNEK DEYIBLER YEMEKDEN UMUD OLMAQ YAXWIDI BIZDE UMUDUMUZU UZMEYEK.UMUD EDEK KI BIR GUN BUNUDA GORECEYIK INWAALLAH…

  8. Qaz Idaresi bu meselelerle bagli aciqlama vermedilidir, yoxsa – – – – hec ne duzelen deyil.

  9. Telesmek nedi? Nahaq yadlarina saldiniz. bininlada wamaxi batan kimi batdiq. qaz nedi odununda dali qabaqi kesilecek. tezek yandirmali olacaqiq. buna ПРИРОДНЫЙ .yawayiw deyirler.

  10. Yaшka niye bele gileylenirsen insallah duzeler bir az dozmeliyik.Basqa yolumuz varsa hec bu sozu yazmazdim.Bas verenler basadusunulendir

  11. Hörmətli Rövnəq müəllim! Bir Zərdablı Azərbaycan vətəndaşı olaraq Sizdən xahiş və tələb edirəm:
    – Ayrı-seçkilik etməyin! Maşallah olsun ki, elə rayonlarımız var ki, qazlaşdırmanı 100 faiz həyata keçirmisiniz. Əksəriyyətində isə 60,70,80,90 faiz. Bəs Zərdab insanının günahı nədir ki, bu problem cəmi 3-4 kənddə öz həllini tapıb?! Deyin, biz nə etməliyik ki, bizi də irəlidəgördüklərinizin cərgəsinə qoşasınız???! Sizdən cavab gözləyirəm. İmza: Qurban Zərdablı

Comments are closed.