Zərdab rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. www.zerdab.com saytı xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin adını daşıyan parkda partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoydular. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak etdilər. Yubiley tədbirini giriş sözü ilə YAP-ın Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açdı. Pərvin Mahmudova Yeni Azərbaycan Partiyasının zamanın tələbinə uyğun yarandığını və qısa müddətdə ümumxalq partiyasına çevrildiyini bildirdi.
“Bu partiyanın yaradılması ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən biridir”,-deyə Pərvin Mahmudova qeyd etdi.
Pərvin Mahmudova bildirdi ki, Yeni Azərbaycan Partiyası yaranmasından cəmi bir neçə ay sonra sivil yolla siyasi hakimiyyətə gələn yeganə siyasi partiyadır: “Bu siyasi qüvvə fəaliyyət göstərdiyi 20 ildə Azərbaycan dövlətçiliyinə və xalqa şərəflə xidmət edib, dövrün, zamanın çətinliklərindən təşkilati və ideoloji cəhətdən mətinləşmiş şəkildə çıxıb”.
YAP-ın Zərdab rayon təşkilatının sədri dedi ki, bu gün Yeni Azərbaycan Partiyasının liderliyi etibarlı əllərdədir: “Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz getdikcə yeniləşir, dövlətimiz qüdrətlənir, xalqımızın firavanlığı təmin olunur”.
YAP-ın Zərdab rayon təşkilatının Qadınlar şurasının sədri Minəgül Əliyeva, RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyada məsul katib, YAP-ın Zərdab rayon təşkilatının Şura üzvü Vasif Səlimov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəşid Hüseynov, Millət vəkili Jalə Əliyeva, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının qazandıgı uğur və nailiyyətlərindən söz açaraq, partiya üzvlərini bayram münasibətilə təbrik etdilər.
Çıxış edənlər, həmçinin öz sıralarında 6000 nəfərə yaxın üzvü birləşdirən YAP-ın Zərdab rayon təşkilatının fəaliyyətindən, rayonun sosial-iqtisadi, ictimai-mədəni həyatındakı rolundan da ətraflı söhbət açdılar. Dövlət başçısının bu yaxınlarda Zərdab rayonuna səfəri zamanı digər obyektlər kimi, YAP rayon təşkilatının yeni inzibati binasının da açılışında iştirak etməsinin, sakinlərlə görüşünün, daha sonra “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalamasının zərdablılar tərəfindən böyük minnətdarlıqla qarşılanmasından da ətraflı bəhs olundu.
Natiqlər ölkəmizin daha da qüdrətlənməsi naminə YAP-ın, onun bir dəstəsi olan Zərdab rayon təşkilatının bundan sonra da fəallıq göstərəcəyini bildirdilər.
Çıxışlardan sonra tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciət qəbul olundu.
Sonra rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edən bir qrup partiya fəalına fəxri fərmanlar verildi, Partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim edildi.
Tədbirin sonunda Azərbaycanın Dövlət Müstəqilliyinin bərpa edilməsinin 21-ci, Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə Heydər Əliyev parkında təntənəli bayram konserti təşkil olundu.
www.zerdab.com
Sen bir operativliye bax…
Yeni Azerbaycan partiyanin 20 ilik yubleyi munasibeti ile butun Azerbaycan xalqini tebrik edirem.
allah ulu onderimiz heyder aliyeve qeni qeni rehmet elesin yap partiyasini yaratdi
qebri nurla dolsun ulu onderin
yeni azerbaycan partiyasi dunenin bugunun ve sabahin ve geleceyin partiyasidir men butun genclerimizi yeni azerbaycan partiyasina uzv olmasina sesleyirem eger siz heyatinizi sulh eminamanliqla gununuzu qorxu icinde olmayaraq xos kecirtmek isteyirsize hami yetginlikle yeni azerbaycan partiyasina uzv olsunlar men yeni azerbaycan partiyasinin 20 ilik munasibeti ile cenab prezdentimizi ve onun aile uzvlerini tebrik edirem allah sizi qorusun
Comments are closed.