Zərdabda dəhşətli avtomobil qəzası: 1 ölü, 3 ağır yaralı

27
72

Zərdab-Ağcabədi magistral yolunun Zərdab rayonunun Pərvanlı kəndindən keçən hissəsində VAZ 21 014 markalı maşınla “Mersedes” markalı avtomobilin toqquşması nəticəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə www.zerdab.com saytına hadisənin şahidləri məlumat veriblər. Hər iki sürücünün və avtomobildə olan sərnişinlərin qəza nəticəsində ağır xəsarət aldıqları və xəstəxanaya yerləşdirildikləri bildirilir. Avtomobillər yararsız vəziyyətə düşüb. Yaralılardan 2 nəfər Ağcəbədi rayon xəstəxanasına, ikisi isə Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Zərdab Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstəxanaya yerləşdirilənlər Ağcəbədi rayon sakini, 1980 –cı il təvəllüdlü Cəfərov Yasən Famil oğlu və Zərdab rayonunun Sarıqaya kənd sakini, 1973 – cü il təvəllüdlü Abbasov Aqşin Firudin oğludur.
Y. Cəfərova ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb. Aqşin Abbasov isə Ucar Mərkəzi Rayon Xəstəxanasına göndərilib. O, Ucar Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib. Mərhumun hadisədən 15-20 dəqiqə öncə toy məclisindən qayıtdığı bildirilir. Qəribədir ki o qəza baş verəndən sonra hadisə yerinə gələnlərə ciddi xəsarət almadığını deyib və digər zərərçənlərə köməklik göstərilməsini xahiş edibmiş.

Faktla bağlı araşdırma aparılır.

27 ŞƏRH

  1. Allah rehmet elesin.yaralilara rehimi gelsin yaradanin .
    Allah qorusun hamini.

  2. Allah rehmet etsin. Amma buna dur demeyin vaxtidir. Masin ne qeder can alır sebebini bilen var?

  3. Allah Aqwin o dunyas verisin Allah qaxmati etsin amin Allah .

  4. ALLAH rehmet elesin sene Akwin. heyif cox cavan bu dunyani terk etdin ((((((

  5. Alah rehmet elesin. Amma en azindan hamimiz bilmeliyik ki, dogurdanda, suret mesafeni yox omrumuzu qisaldir.

  6. АЛЛАХ рахмат еласин . АЛЛАХ о дунйасын версин .Аиласина сабр версин . АЛЛАХ о 2 баласын сахласын. Созларим Агшина аитдир. Габри нурла долсун . Чох яхшы оглан иди.

  7. Men uca tanridan dunyasini deyismis merhuma rehmet,ailesine coxlu sebr dileyirem.Sexsen Gulnar bacimiza sebr,dozum arzulayiram.Guclu ol cunki o gul balalarin umud yeri sensen.

Comments are closed.