Millət vəkilimiz Jalə Əliyeva xoşməramlı aksiyada – fotolar

2
70

Xəbər verildiyi kimi, xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış teleaparıcı Hacı Nuran Hüseynovun müalicəsi üçün Azərbaycanda keçirilən xeyriyyə aksiyası uğurla başa çatıb. “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə teleaparcıya dəstək göstərən hər kəsə təşəkkürünü bildirib və deyib ki, toplanılan 100 min avro Hacı Nuranın 1,5 illik kimya terapiyası kursuna tələb olunan pulu ödəyəcək. Nuran Filippindəki Amerika klinikasında, daha sonra isə Avstriyada müalicə olunacaq. Qeyd edək ki, uzun müddət televiziyalarda xeyirxah proqramların müəllifi olan Hacı Nuran sonuncu dəfə Xəzər Tv-də “Xeyir körpüsü” verilişini aparıb. Heç kimi olmayan Hacı Nuran ağciyərin onkoloji xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün tələb olunan 100 min avro bir ay ərzində toplanıb. www.zerdab.com saytına verilən məlumata görə, sonuncu aksiyada fəal iştirak edənlərdən biri də millət vəkilimiz Jalə Əliyeva olub. Hər zaman öz sadəliyi, nəzakətli davranışı, səmimiliyi ilə diqqət çəkən millət vəkilimiz özü də maddi yardım göstərib və cəmiyyəti Nurana dəstək olmağa dəvət edib. Tədbirdən fotoları təqdim edirik.

Jalə Əliyeva aksiyada

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Jalə Əliyeva aksiyada

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Jalə Əliyeva xeyriyyə aksiyasında

2 ŞƏRH

  1. Allah sefasini versin.Yalniz dua ede bilerik.Cox sag olsun Hormetli MILLet Vekilimiz Jale xanim.O,bu cur meselelerde dogurdanda cox diqqetlidir.Allah ozu haci Nurana komek olsun……..
    Hormetle:Feqan Rustemov.

Comments are closed.