2012-ci il yanvarın 1-i vəziyyətinə Zərdab rayonunda əhalinin sayı ilkin hesablamalara görə 54 min 793 nəfər olub. www.zerdab.com saytının məlumatına görə, bu barədə Zərdab rayon statistika idarəsinin rəisi Əhməd Bağırov məlumat verib. Onun sözlərinə görə, əhalinin sayı 480 nəfər və yaxud 1 faiz artıb. Əhalinin 49,9 faizini kişilər, 50.1 faizini qadınlar təşkil edir.
İl ərzində 1024 doğum, 355 ölüm, 7 nəfər 1 yaşa qədər ölüm, 521 nikah, 49 boşanma qeydə alınıb. Təbii artım 669 nəfər olub.