Bu hadisə bir neçə ay öncə Zərdab rayonunun Bıçaqçı kəndində baş verib. …Bıçaqçı kəndində bir ailənin xanımı – Familə 2010-cu ilin iyun ayının 10-da miokard infarktından dünyasını dəyişdi. Bundan bir neçə ay sonra ailədə daha bir faciəvi hadisə baş verdi – ailə başçısı Ələsgər 2011-ci ilin iyulun 26-da ürək dayanmasından vəfat etdi. Onların dörd övladı – Vüsal, Vüqar, əkiz övladları Röyalə və Röyal yetim qaldılar. Hər kəs bu uşaqların taleyinə görə narahat idi. İnsanlar düşünürdülər ki, görəsən, bu uşaqların aqibəti necə olacaq. Ən təsirlisi də o idi ki, ailənin böyük övladı, yəni Vüsal həmin müddətdə hərbi xidmətdə idi. Vüsal hərbi xidmətdən qayıdanadək qohum-əqraba, kənd sakinləri bu uşaqların köməyində durdular, bir gün də olsun tənha, sahibsiz qalmalarına imkan vermədilər. Ailənin böyük övladı Vüsal hərbi xidmətini başa vurub doğma Bıçaqçı kəndinə qayıtdıqdan sonra kimsəsiz qalmış bacı və qardaşlarını himayəyə götürmək istəməsi barədə rayon icra hakimiyyətinə ərizə ilə müraciət edir. Ərizəyə rayon icra hakimiyyətində baxılır və hər 3 azyaşlı uşağın böyük qardaşları Ələsgərzadə Vüsalın himayəsinə verilməsi barədə qərar qəbul edilir.
Araşdırmalar nəticəsində məlum olur ki, hər iki valideynini itirən bu uşaqlara Dövlət Sosial Müdafiə Fondu tərəfindən pul yardımı həmin müraciət ünvanlananadək ödənilməyibmiş. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin göstərişi ilə ailəyə həm aylıq yardım (343 manat), həm də həmin məbləğin 10 ay ərzində ödənilməyən hissəsi (3430 manat) ödənilir. Bundan əlavə, Lütvəli Babayevin tapşırığına əsasən, qəyyum Vüsal Ələsgərzadə rayon suvarma sistemləri idarəsində işlə təmin edilir, ailəyə xırdabuynuzlu bir neçə heyvan bağışlanır…
Edilən heç bir maddi yardım təbii ki, itirilən valideynləri əvəz edə bilməz. Nə qədər mehribanlıq göstərirsən göstər, ana-ata nəvazişi unudulmazdır. Ancaq bir sevindirici məqam var ki, azyaşlı uşaqlar etibarlı əllərdə – böyük qardaşın himayəsindədir. Bizə isə ailəyə maddi yardım edilməsinə, onların problemlərinin həllinə dəstək göstərənlərin hər birinə təşəkkür etmək qalır…
www.zerdab.com
Yetimlere sahib cixmaq insanlarin vicdan borcudur.
Allah yardimçıları olsun. Çekdikleri acıları, ezabları gelecek heyatlarında görecekleri xos gunlerle evez etsin insallah.Her birine agilli, bilikli, saglam omur surmeyi ve gelecekde bextever valideyn olmalarini arzu edirem.
Allah tek buraxmasin onları, hemise penahinda saxlasin. Amin.
ALLAH razi olsun yardım edenlerden. INSALLAH usaqlar xosbext bir omur surerler.
Allah bu usaqlari hifz etsin, komek edenlere Allah dayaq olsun.
Hər iki valideynin ruhu şad olsun, Vüsal kimi oglu olan valideyinlər, qəbirdə rahat yatın.
Halal olsun Vusal qardawimiza. Basci da sag olsun.
Comments are closed.