Zərdabın keçmiş polis rəisinin evini yardılar, qızıllar oğurlandı

1
59

Baş Dövlət Yol Polisi İdarəsinin Zərdab rayon şöbəsinin keçmiş rəisi Hikmət Məlikovun Zərdab şəhərindəki evindən oğurluq edilib. Zərdab rayon poliş şöbəsindən verilən məlumata görə, hadisə rayonun Azərbaycan küçəsində qeydə alınıb. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Zərdab rayon şöbəsinin keçmiş rəisi Hikmət Məlikovun Zərdab şəhərindəki evindən qızıl-zinət əşyaları oğurlanıb. Zərdab rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Roza Saday qızı Xasanova şübhəli şəxs qismində Ucar rayonunun Qarabörk kəndi ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır. APA

1 comment

Comments are closed.