Ucar-Zərdab əsas magistral yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Ucar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Vaqif Mehdiyevin idarə etdiyi 10 AE 145 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil əks istiqamətdə hərəkət edən Qazyan kənd sakini Mahmud İbrahimovun idarə etdiyi 23 T 289 dövlət nömrə nişanlı traktorla toqquşub. Nəticədə V.Mehdiyev və sərnişini, Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Əbil Mehdiyev müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Mehdiyevin vəziyyəti ağır qiymətləndirilir. Məlumata görə, hər iki müavin Qazyan kəndində məktəb açılışına gedirlərmiş. APA