Nəsimi Hüseynov vəzifəni özünə yüksək bir imtiyaz kimi qəbul etmədi, bu imkandan yararlanıb həmişə xeyirxah işlər görməyi özünə vəzifə bildi…
Zərdab Rayon Təsil Şöbəsinin sabiq müdiri, gözəl insan, vənpərvər ziyalı Nəsimi Hüseynovun vəfatından bir neçə ay ötür. Lakin ötən müddət ərzində Nəsimi müəllim unudulmadı, əksinə, yoxluğu daha çox hiss olundu. Yaxşı insanlar unudulmur, xatirəsi qəlblərdə, əməlləri yaddaşlarda daim yaşayır. www.zerdab.com saytı olaraq Hüseynov Nəsimi Hüseynəli oğlunun həyat yolu ilə bağlı oxucularımıza daha geniş məlumat vermək qərarına gəlmişik. İstərdik ki, oxucularımızı onun həyat yolu ilə yaxından tanış edək. Qoy bu yazı biz gənclərin Nəsimi müəllimə vəfa borcu olsun…
Nəsimi Hüseynov 1949-cu il iyun ayının 3-də Zərdab şəhərində anadan olmuşdu. Orta məktəbi Zərdab şəhərində əla qiymətlərlə bitirdikdən sonra 1971-ci ildə Bakıda Dövlət Universitetindən məzun olmuşdu. 11 il sonra Bakı Ali Partiya Məktəbini bitirmişdi.
İlk iş yeri Zərdab şəhər 1 saylı orta məktəb olmuşdu Nəsimi müəllimin. Belə ki, 1971-ci ildən həmin məktəbdə müəllim kimi fəalliyyət göstərməyə başlamışdı. 1973-1980-ci illərdə Azərbaycan komsomolu Zərdab rayon komitəsinin birinci katibi vəzifəsində çalışmışdı.
1983-cü ildə yenidən Zərdab şəhər 1 saylı orta məktəbində müəllim kimi fəaliyyətini davam etdirmişdi. Elə həmin il Azərbaycan Kommunist Partiyası Zərdab rayon Komitəsində təlimatçı vəzifəsinə irəli çəkilmişdi. İki il həmin işdə çalışmışdı.
Nəsimi Hüseynov 1985-1989-cu illərdə Zərdab rayon Xalq Deputatları Sovetində İcraiyyə Komitəsinin sədr müavini işləmişdi. Təhsil sektorunda nisbətən yüksək vəzifəyə 1989-cu ildə yüksəlmişdi. Belə ki, 1989-1992-ci illərdə Zərdab rayon Xalq Təhsili Şöbəsinin müdiri işləmişdi. 1992-ci ildə Nəsimi Hüseynov Zərdab rayon İcra Hakimiyyəti başçısının müavinləri vəzifələrində çalışmışdı.
Səmərəli fəaliyyətinə, fədakarlığına və təşəbbüskarlığına görə Nəsimi Hüseynov 1977-ci ildə “Əmək igidliyinə görə” medalı ilə, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adı ilə təltif olunmuşdu.
Nəsimi Hüseynov 1993-cü ilin sentyabr ayından ömrünün son günlərinə qədər Zərdab Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışdı. 2012-ci ilin may ayında uzun sürən xəstəlikdən vəfat etdi. Allah rəhmət eləsin.
Nəsimi Hüseynov o insanlardan idi ki, vəzifəni özünə yüksək bir imtiyaz kimi qəbul etmədi, bu imkandan yararlanıb həmişə insanlara dəstək olmağı özünə vəzifə bildi…
Elə ona görə də sevilir, daim duallarla yad olunur.
Tanıyanlar onu sakit təbiətli, səmimi, mehriban, gözəl və xeyirxah insan, yüksək təşkilatçılıq qabiliyyəti olan rəhbər, istedadlı Əməkdar müəllim kimi xatırlayırlar. Bir daha Nəsimi müəllimə Allahdan rəhmət, yaxınlarına səbri-cəmil diləyirik. Məkanı cənnət olsun…
www.zerdab.com
Allah rehmet elesin
Amin.
Comments are closed.