Bəlli olduğu kimi, bu il respublikanın orta məktəblərində 9-cu və 11-ci siniflər üzrə bütün buraxılış imtahanlarını Təhsil Nazirliyi deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) keçirdi. Buraxılış imtahanları geridə qalsa da, onun nəticələrilə bağlı müzakirələr davam edir.
TQDK builki buraxılış imtahanlarında ən aşağı nəticə göstərən – şagirdləri daha çox “2” alan rayonların adlarını açıqlayıb. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, bu il buraxılış imtahanları üzrə şagirdləri ən pis nəticə göstər rayonların sırasında Sabirabad birinci yerdə gəlir. Buraxılış imtahanlarında şagirdləri ən şox “2” alan rayonların sonrakı sıralaması belədir: Cəlilabad, Zərdab, Astara, Hacıqabul, Füzuli, Daşkəsən və Kürdəmir. Elnur Nağızadə ən yüksək nəticəni Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərində buraxılış imtahanı verən şagirdlərin göstərdiyini deyib.