Son illər Zərdab rayonunda görülmüş işlər- İnformasiya bazası

0
53
  • 2007-ci ildə rayonda əsas kapitala yönəldilən investisiyalar 1 milyon 295 min manat təşkil edirdisə, 2011-ci ildə əsas kapitala yönəldilən investisiyanın həcmi 33,2 milyon manata çatmışdır. Ümumi Daxili Məhsul istehsalı 2007-ci ildəki 37 milyon manatdan 2011-ci ildə 84,3 milyon manata qədər yüksəlmiş, 2012-ci ilin 6 ayında 50,6 milyon manat olmuşdur. Rayonun büdcəsi 2007-ci ilə nisbətən 2011-ci ildə 2 dəfə, şəhər təsərrüfatının inkişafına ayrılan vəsaitin həcmi 4 dəfə artmışdır.
  • Azərbaycan Respublikası Prezidentinin 11 may 2011-ci il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış 2 milyon vəsait hesabına 5 ədəd 16 mənzilli binanın dam örtüyü təzələnmiş, 4 ədəd yaşayış binasında əsaslı təmir aparılmış, şəhərin 4 yol ərazisində, Heydər Əliyev prospektində elektron idarəetmə tipli giriş qapısı quraşdırılmış, Heydər Əliyev parkının giriş qapısı tikilmiş, 4 yol ərazisində 450 metr uzunluğunda hasar inşa edilmişdir.
  • Heydər Əliyev prospektində və parkında yenidənqurma işləri davam etdirilib. Parkda 2 ədəd fontan, 1 ədəd şəlalə, müxtəlif heyvan və quşların fiqurları quraşdırılıb. Uşaqlar üçün karusel tikilmişdir. Şəhərin küçələrinə, Heydər Əliyev parkına Türkiyə Respublikasından gətirilmiş 6 və 9 metr hündürlüyündə 150-yə qədər müasir tipli elektrik dirəkləri quraşdırılıb. Parkda Heydər Əliyev Mərkəzinin ətrafında 2400 kvadratmetr sahəyə mərmər döşənmiş, ətrafı yaşıllaşdırılmış, yeni oturacaqlar quraşdırılmışdır.
  • Şəhər mərkəzində küçələrə yeni asfalt örtük vurulması işi davam etdirilir. Son 4 ildə şəhərin küçə və dalanlarına ümumilikdə 150 min kvadratmetrdən çox təzə asfalt döşənmişdir.
  • Son illərdə Rayon İcra Hakimiyyəti, Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün inzibati binalar, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun abidə-büstü, 200 yerlik Uşaq İncəsənət Məktəbi, Məlikumudlu kəndində 360 yerlik, Alıcanlı kəndində 364 yerlik, Şıxbağı kəndində 180 yerlik, Xanməmmədli, Cilovxanlı və Ağabağı kəndlərinin hər birində 80 yerlik məktəb binaları istifadəyə verilmişdir. Şəhər 1 və 2 saylı uşaq bağçaları və şəhər 3 saylı orta məktəbi əsaslı təmir olunmuşdur. 7 məktəbin istilik sistemi bərpa olunmuşdur. Qoruqbağı kəndində uşaq bağçası, Şəftəhal kəndində tibb məntəqəsi, Çallı kəndində doğum palatası tikilib istifadəyə verilmişdir.
  • 57 km uzunluğunda Göyçay – Ucar – Zərdab fiber optik kabel xətti çəkilmiş, 3 kəndin hər birində 256 nömrəlik EATS-rı, 5 kənddə yeni poçt binaları, Qumlu yaşayış massivində 7 km, şəhərin 15-ci məhəlləsində və Təzəkənd kəndində 21 km-ə qədər qaz xətti istifadəyə verilmiş, 2000 nəfərdən çox əhali mavi yanacaqla təmin edilmişdir.
  • 2010-cu ildə baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə Kür çayının rayon ərazisindən keçən hissəsində 80 km-dən çox bəndbərkitmə işləri aparılmışdır. Göyçay və Türyançay çaylarının rayon ərazisindən keçən 83 km-ə qədər olan hissəsində çayların məcrasının təmizlənməsi və bəndlərin təmiri işi həyata keçirilmişdir.
  • Zərdab-Mollakənd yolunun Zərdab rayonu ərazisindəki 26 kilometrlik hissəsinin 17 km-nə 2-ci qat asfalt döşənmişdir. 2011-ci ilin Novruz bayramı ərəfəsində Qaravəlli kəndində yeni qaz xəttinin açılışı olmuşdur. Rayonun kəndlərinin qazlaşdırılması işi davam etdirilir. Hazırda Gəlmə, Salahlı, Hüseynxanlı və Xanməmmədli kəndlərinə qaz xətti çəkilir.
  • 01 yanvar 2012-ci il vəziyyətinə rayonda 738 ailə, 2012-ci ilin 6 ayında isə 411 ailə Ünvanlı Dövlət Sosial Yardımla əhatə olunmuşdur.
  • 14 nəfər Qarabağ müharibəsi əlilinə fərdi mənzil tikilib istifadəyə verilmişdir.
  • Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün 1000 km-ə qədər suvarma kanalı lildən təmizlənmiş, ilk dəfə Zərdab rayonunun Gəlmə kəndi ərazisində şüşə lifdən hazırlanmış 800 metrdən çox asma latok kanallar tikilmişdir. 17 kənddə modul tipli su təmizləyici qurğu istifadəyə verilmişdir.
  • 25 min nəfərə qədər əhali təmiz içməli su ilə təmin olunub.
  • 2003-cü ildən etibarən rayonda 6000-dən çox yeni iş yeri yaradılmışdır ki, bunun 4000-ə qədəri daimi iş yerləridir. 2011-ci ildə 505 yeni iş yeri açılmışdır.
  • Şəhərdə kommunal xidmətlərin yaxşılaşdırılması məqsədilə rayona müxtəlif təyinatlı 6 ədəd texnika verilmişdir. Respublika Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsi üçün yeni inzibati bina, Telemetrik Seysmik Stansiya tikilib istifadəyə verilmişdir.
  • Şəhər mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 42-ci ildönümü münasibətilə 14 iyul 2011-ci ildə 42 metr hündürlüyündə bayraq və Dövlət Bayrağı meydanı salınıb.
  • Zərdab-Ucar istiqamətindəki “32 hektar” adlanan ərazidə yeni qəsəbə salınmışdır. Qəsəbədə 71 ev və 132 şagird yerlik məktəb binası tikilmişdir.
  • Şəhid ailələri və Qarabağ əlilləri üçün 16 mənzilli yaşayış binası istifadəyə verilmişdir.
  • Şəhər ərazisində su və kanalizasiya sisteminin çəkilişi işləri davam etdirilir.
  • Köhnə çörək zavodunun bazasında tikilən süd emalı zavodunun tikintisində son tamamlama işləri görülür.
  • Hazırda təkcə Heydər Əliyev parkında 4 obyekt – Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Veteranlar evi və Yaradıcılıq evi açılışa tam hazırdır. YAP Zərdab rayon təşkilatının binasının tikintisində işlər başa çatmaq üzrədir. Lələağacı kəndində yeni məktəb binası tikilmiş, Pərvanlı, İsaqbağı və Çallı kəndlərində yeni məktəb binalarının tikintisi aparılır, Aşağı Seyidlər kəndində isə yeni məktəb binasının tikintisinə hazırlıq görülür.
  • Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisinə artıq başlanılmışdır.
  • Suvarma Sistemləri İdarəsində regional mərkəzin ofis binası, “Aqrolizinq” ASC-nin rayon filialı üçün ofis binası və regional gübrə anbarı, Rayon Polis Şöbəsi üçün yeni inzibati bina tikilir.