Zərdab rayonunun Pərvanlı kənd sakini Maxsud Abdulov Prezident İlham Əliyevə məktub yazıb. www.zerdab.com saytına verilən məlumata görə, M. Abdulovun məktubu Zərdab rayonunun Pərvanlı kəndində yeni məktəb binasının inşa olunması ilə bağlıdır. Məktubu təqdim edirik: “Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsilimiz yüksək inkişaf mərhələsindədir. Bunun əyani nəticəsidir ki, Zərdab rayonunun Pərvanlı kəndində qəzalı vəziyyətdə olan məktəbin yerində tikilən Avropa standartlarına uyğun, müasir tipli yeni məktəb binası kəndimizin simasını gözəlləşdirmiş və gələcək nəslin daha yaxşı təhsil almasına şərait yaratmışdır. Odur ki, öz adımdan və ailə üzvlərim adından Sizə dərin minnətdarlığımı bildirir, ulu Tanrıdan Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayıram. Hörmətlə, Abdulov Maxsud Əkbər oğlu. Zərdab rayonu, Pərvanlı kənd sakini, şəhid ailəsi”.
allah rehmet etsin
Comments are closed.