Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi…
Bir gün kiçik qardaş bir ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: “Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz”,-deyir. Kiçik qardaş yarımçıq oyanıb gözlərini ovuşdurur və: “Qardaş, məni inyə oyatdın? Çox gözəl bir yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürü ilə atım, mal-qaram, ucu-bucağı görünməyən otlaqlarım, var-dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni oyatmayaydın”- deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: “Sən bu saydıqlarını yuxuda görürsən. Ancaq bütün bunlar məndə indi var”,- deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: “Qardaş, əslində biz ikimiz də yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq”…
Bele qardawlar da var. Eger buna qardaw demek olarsa. Twk
ÇOX MARAQLI HEKAYƏDİR . BU İNSANLARA HƏYAT DƏRSİ OLSUN
ÇOX MARAQLI HEKAYƏDİR .
Comments are closed.