Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərinə qaz xətti çəkilir

0
77

Zərdab rayonunda yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Rayonun Qaravəlli və Təzəkənd kəndlərinin, habelə Zərdab şəhərinin 15-ci yaşayış massivinin qazlaşdırılması işləri artıq başa çatdırılıb.
Hazırda rayonun daha 4 yaşayış məntəqəsinin – Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərinə qaz xətti çəkilir, eyni zamanda, kəndarası xətlər təzələnir. İşlərin ilin birinci yarısınadək tam başa çatdırılması nəzərdə tutulur.