Hüseynxanlı kəndi rayon mərkəzindən 6 kilometr şimal-qərbdə, Zərdab – Ağcabədi şose yolunun 2 kilometrliyində, Qarasu (Türyançay) çayının sahilində yerləşir.
Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik, quşçuluq, baramaçılıqdır.
Hüseynxanlı kəndində İcra Nümayəndəliyi, məktəb, klub, kitabxana, uşaq bağçası, poçt şöbəsi, ATS və s. var. Kəndin ərazisində eramızdan əvvəlki dövrə aid küp qəbirlər, maddi mədəniyyət nümunələri aşkar edilmiş, ərazinin qorunması təşkil olunmuşdur.
Kəndin adına gəlincə, ağsaqqalların dediyinə görə Hüseyn xan məşhur Lələ Əhmədin 6 oğlundan biridir və bu kəndin də ilk sakini Hüseyn xan və onun yaxın adamları olmuşlar.
Ərazisi 623 hektar
Əhalisi 305 nəfər