Zərdab-Yuxarı Seyidlər-Siləyli yolunun tikintisi davam edir

0
47

Doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi davam edir. Tikinti işləri Prezident İlham Əliyevin 2012-ci il 19 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının cari il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən ilkin olaraq ayrılmış 5,4 milyon manat pul hesabına həyata keçirilir. Yenidən qurulacaq yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək.