Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi İranda baş vermiş və Azərbaycanda hiss edilən zəlzələ ilə bağlı məlumat yayıb.
Azərbaycanın bölgələrində, həmçinin Zərdab rayonunda baş verən zəlzələnin episentri İranda imiş. Belə ki, Tehran Universitetinin Seysmoloji Mərkəzindən zəlzələnin episentrinin Güney Azərbaycanın Təbriz şəhəri olduğu bildirilib. Məlumata görə, zəlzələnin birinci təkanı 6.2 bal, ikincisi isə 6 bal gücündə olub. Seysmoloji Xidmət zəlzələnin 9.7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Təbriz şəhərinin mərkəzi hissəsində binalarda çatlar əmələ gəlsə də, böyük dağıntılar baş verməyib. Qeyd edək ki, zəlzələ Türkiyə, Ermənistan və Azərbaycanda da hiss olunub. Azərbaycanın İranla sərhəd hissəsində və Naxçıvan Muxtar Respublikasında təkanlar daha güclü qeydə alınsa da, ölkənin mərkəzi hissəsində, o cümlədən Zərdab rayonunda nisbətən 3 zəif təkanla hiss olunub. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi də İranda baş vermiş və Azərbaycanda hiss edilən zəlzələ ilə bağlı məlumat yayıb. Mərkəzdən məlumatına görə, zəlzələ İranın Təbriz şəhərindən 56 km şimali-şərqdə yerli vaxtla saat 17:23-də 6.2 baş gücündə baş verib. Daha sonra saat 17:30-da 6.2, 17:34-də 6.6 və 17:49-da 6.2 magnituda gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2 bala qədər hiss olunub. Bu rayonlar Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Zərdab, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələridir. Azərbaycan ərazisində insan tələfatı yoxdur.