Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Səbuhi Məmmədov həbs olunub. www.zerdab.com saytının yaydığı məlumata görə, Səbuhi Məmmədov avqustun 7-də Tahir Qasımovun pulunu oğurlamaqda təqsirli hesab edilir. Qeyd edək ki, S. Məmmədov törətdiyi cinayət əməlinə görə, əvvəllər də məhkum olunub.
www.zerdab.com