“Zərdab rayonunda kəndlərin qazlaşdırılması işinin daha da sürətləndirilməsinə diqqət artırılmalıdır”. www.zerdab.com saytının məlumatına görə, bu fikirlər “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqlərinin tələbləri baxımından cari ilin birinci yarısında rayonda görülən işlər və qarşıda duran vəzifələr haqqında” Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabatında yer alıb. Hesabatda bildirilir ki, tədbirlər planına əsasən Zərdab rayonunun Dəli Quşçu, Dəkkəoba, Böyük Dəkkə, İsaqbağı kəndlərinin 2010-cu qazlaşdırılması nəzərdə tutulmasına baxmayaraq, hələlik bu istiqamətdə işlərə başlanılmayıb. Eyni vəziyyəti rayonun Əlibəyli, Allahqulubağı, Məlikumudlu, Birinci Alıcanlı, İkinci Alıcanlı, Cilovxanlı kəndlərinə də şamil etmək olar. Belə ki, adları çəkilən kəndlərin isə 2011-ci ildə qazlaşdırılması nəzərdə tutulsa da, hələ ki, bu istiqamətdə işlərə başlanılmayıb.
www.zerdab.com