Ucarda Zərdab rayonundan gətirilmiş çörəklər satılır

0
46

Ucarda un bahalaşıb. Əvvəllər 50 kq-lıq un kisəsi növündən asılı olaraq 16-17 manata satılırdısa, artıq 4 gündür eyni çəkidə olan un 2 manat bahalaşaraq 18-19 manata satılır. Ucar rayonunda un satışı ilə məşğul olan mağaza sahibləri qiymətlərin qalxmasının səbəbini topdansatış mərkəzlərində qiymətlərin artması ilə izah edirlər. Bundan əlavə, rayonda kəpəyin qiyməti də 1 manat 20 qəpik artaraq 3 manat olub. Satıcıların sözlərinə görə, rayonda kifayət qədər çörək bişirilsə də, çəkinin nisbətən az olması səbəbindən alıcılar qonşu rayonlardan gətirilmiş çörəyə üstünlük verirlər. Belə ki, Ucarın bəzi çörək dükanlarında qonşu Zərdab rayonundan gətirilmiş çörəklər satılır ki, bu da onun Ucar çörəyinə nisbətən çəkisinin 100-150 qram artıq olması ilə izah edilir. APA