İyulun 14-də Zərdabinin yubileyi ilə bağlı Zərdabda tədbir keçiriləcək

0
44

Həsən bəy Zərdabinin 170 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamla əlaqədar Milli Mətbuat Günü ərəfəsində bir sıra tədbirlər keçiriləcək. www.zerdab.com saytının məlumatına görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, ilk olaraq Həsən bəy Zərdabinin doğulduğu Zərdab rayonunda toplantılar keçiriləcək: “İyulun 14-də səhər tezdən Zərdab rayonunda Həsən bəy Zərdabinin yaşadığı ev-muzeyinə baş çəkiləcək, abidəsinin önünə əkil qoyulacaq. Zərdabinin həyat və fəaliyyəti ilə bağlı müzakirələr aparılacaq”.