“Qarşılaşdığım qeyri-adi hadisələri yazıb kənara qoymuşam”

0
46

Milli Məclisin deputatı Jalə Əliyeva poeziyaya münasibəti ilə bağlı fikirlərini bölüşüb. Jalə Əliyeva deyib: “Poeziyanın içində doğulduğuma görə ədəbiyyat, poeziya ilə çiyin-çiyinə böyüdüyümə görə bu sahə ilə bağlılığım həddindən artıq böyükdür. Poeziyanı, şeiriyyatı çox sevirəm. Mənim üçün o, sadəcə söz xətrinə, düzgün misralara  riayət olunmaq xətrinə yazılmır, poeziya axıcılıqdır və şairin sətir altı fikirlərinin ona anlayana müraciətən yazdığı bir nümunədir. Şeir yazmaq üçün istedad lazımdır və bu insana allah tərəfindən verilən bir vergidir, ona görə də şeiri sırf qafiyə, söz yığını xətrinə yazıb, mənasız bir şey ortaya çıxarmaqdansa, gözəl nümunələri oxuyub, onları araşdırmaq, təhlil etmək daha yaxşıdır. Filoloq, şərqşünas olsam da, bu günə qədər əlimə qələm alıb poeziya sahəsində, nəzm sahəsində öz gücümü yoxlamamışam. Amma ara-sıra fikirlərimi, qarşılaşdığım gündəlik qeyri-adi hadisələri, qayğılarımı özüm üçün yazıb kənara qoymuşam. Uşaqlıqda hekayələr yazmışam, amma daha sonralar bunu davam etdirmədim. Mən uşaqlıqdan Nizamini, Füzulini, Mirzə Ələkbər Sabiri və başqa şairlərimizi hər zaman oxumuşam və onların yazdıqları şeirlər  bu gündə də  öz aktuallığını itirməyib. Mənim üçün poeziyanın əsas anlamı iki dəfə iki dörd eliyər fikirləri deyil, tam tərsinə dərin fəlsəfi fikirlərin olduğu və oxucusunu bir az sual altında buraxan poeziyadır”.