
Əslən Zərdab rayonunun Körpükənd kəndindən olan akademik Marat Allahverdiyevi bu müqəddəs Ramazan ayı günlərində böyük sevgi və rəhmət hissi ilə anırıq. Marat müəllim bir vaxtlar Zərdab, Zərdablılar üçün yaxşılıqlar edəndə ağlına da gəlməzdi ki, illər sonra biz səhifəmizdə, saytımızda onu davamlı olaraq yad edəcəyik. “Edilən yaxşılıqlar itməz” deyiminə ən yaxşı nümunə olaraq elə bunu misal çəkmək olar. “Sən yaxşılığı et, at dəryaya, balıq bilməsə də, Xaliq biləcək” misalı tam yerinə düşür. Böyük bir ziyalı nəslin nümayəndəsi, Zərdabımızı hər zaman savadı, mədəniyyəti, xeyirxahlığı ilə ən yüksək səviyyədə təmsil etmiş Marat müəllim, Allah sizə rəhmət eləsin. Zərdabın ağsaqqalları, bizdən böyüklər sizi böyük rəğbət hissi ilə xatırlayırlar. Müqəddəs Ramazan ayında sizi anır, məkanınız cənnət olsun deyirik. Edilən heç bir yaxşılıq itmədiyi kimi, sizin də yaxşı əməlləriniz itmədi, çəkdiyiniz əziyyət boşuna olmadı, Elnur Allahverdiyev kimi çox dəyərli, vətənini, dövlətini sevən, bizim üçün də əziz bir oğul böyütmüsünüz. Bir ata üçün ən böyük xoşbəxtlik oğlunun onun yolunu davam etdirməsi, arzularını həyata keçirməsi, çəkdiyi əziyyəti itirməməsidir, Elnur müəllim də sizin yolunuzu layiqincə doğruldur. Allahdan sizə rəhmət, başda Elnur müəllim olmaqla əzizlərinizə, doğmalarınıza cansağlığı diləyirik.
Zerdab.com