
Qarlı hava şəraiti ilə əlaqədar Zərdab rayonunda təmizlik işləri aparılır. Görülən işlər çərçivəsində Zərdab Rayon İcra Hakimiyyətinin kommunal xidmət sahələrinin, aidiyyəti qurumların əməkdaşları tərəfindən rayonun prospekt və küçələrində, o cümlədən park, məktəb, uşaq bağçası, xəstəxana binalarının giriş hissələrində, yol kənarları və küçə boyu səkilərdə təmizlik işləri görülür.
Zerdab.com saytına verilən məlumata görə, yol kənarlarında yeni əkilmiş ağacların budaqları qardan təmizlənir. “39 saylı Yol İstismarı” MMC-nin əməkdaşları tərəfindən yolların buz bağlamasının qarşısının alınması məqsədilə körpü və yollara qum tökülür. Hava şəraiti ilə əlaqədar aparılan operativ tədbirlərin daha effektiv həyata keçirilməsi üçün Rayon İcra Hakimiyyəti və kommunal xidmət sahələrininin əməkdaşları tərəfindən küçə və prospektlərdə işlərin gedişatına nəzarət tədbirləri davam etdirilir.
Zerdab.com