Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Təhsil Nazirliyinin yaydığı məlumata görə, ümumilkdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir.
Azərbaycanın bölgələrində daha çox coğrafiya müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir. Sonrakı yerləri kimya (373), biologiya (341), Azərbaycan dili və ədəbiyyat (326), fizika (281), riyaziyyat (248), tarix (243), ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi (104) və digər fənlər tutur. Müsabiqədə iştirak etmək üçün elektron ərizələrin doldurulması iyulun 15-dək davam edəcək.
www.zerdab.com
19900512
əmək təlimi
müəllimlərin işə qəbulu üçün ərizələr nə vaxt qəbul olunacaq?mümkünsə bir cavab vererdiz……men neçe gündü elektron erizə doldurmaq isdirəm ama alınmır…eger resmi sayt varsa bu barədə başqa bir məlumat yazardınız zehmet olmasa….beri başdan teşekkurumu bildirirəm
Comments are closed.