Zərdab rayon Gəndəbil kənd orta məktəbinin direktor əvəzi Şəfəq müəlliməni şagirdləri son mənzilə belə yola saldılar.
Zerdab.com xəbər verir ki, noyabr ayının 3-ü Şəfəq müəllimənin 60 yaşı tamam olacaqdı. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Əzizlərinə, yaxınlarına, doğmalarına səbir diləyirik. Müəllimin cənazəsi son mənzilə yola salınan zaman şagirdləri əllərində güllə kənd yollarına düzülüblər, ehtiram dəhlizi yaradıblar.