Zərdabda obyektlərdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb – Foto

0
2864

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş obyektdən oğurluq etməkdə şübhəli bilinən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlını saxlayıb.

Zerdab.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Məlumata görə, faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Zərdabda obyektlərdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar