“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Prezident İlham Əliyevin sərəncamı ilə bağlı Zərdab rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında Rayon İcra Hakimiyyəti tərəfindən payız mövsümündə ağacəkmə aksiyalarının keçirilməsi, müxtəlif növ ağac və kolların əkilməsi nəzərdə tutulur.
Zerdab.com saytına verilən məlumata görə, 14 oktyabr 2024-cü il tarixdə rayon ərazisində bu işlərə start verilib. Bu gün təşkil olunan ağacəkmə aksiyasında rayon rəhbərliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Gün ərzində Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun kənarında 400 ədəd müxtəlif növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. Bu istiqamətdə işlər davam etdiriləcək.
Zerdab.com