Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim-direktor müavini təyin olunub.
Zerdab.com saytına verilən məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə bu vəzifəyə Sevinc Sədi qızı Məmmədova təyin edilib. Məlumat üçün bildirək ki, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Emil Kamilovdur. O, hazırda əmək məzuniyyətində olduğu üçün Sevinc Məmmədovanın kollektivə təqdimatını hazırda baş direktoru müvəqqəti əvəz edən Xavər Teymurova edib. Xavər doktor Zərdabımızın ən hörmətli, ən savadlı, ən sevilən həkimlərindəndir, inşallah, onun etdiyi bu təqdimat Zərdabımız üçün xeyirli olar. Sevinc Məmmədovaya bu çətin və məsuliyyətli işində uğurlar arzulayırıq.
Zerdab.com