Zərdabda 18 yaşlı qız cərrahiyyə əməliyyatından sonra vəfat edib. Hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, Zərdabın Qoruqbağı kənd sakini Qarayeva Aytən Ramil qızı cərrahiyyə əməliyyatından sonra dünyasını dəyişib. Zerdab.com saytına verilən məlumata görə, Aytən Qarayeva dünən axşamüstü özünü narahat hiss edib və o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan korbağırsaqdan əməliyyat olunub. Apendisit əməliyyatından sonra gecə saatlarında vəziyyəti ağırlaşıb. Yaxınları səhər saatlarında onu Bakıdakı xəstəxanalardan birinə aparmaq istəsələr də, həyatını xilas etmək mümkün olmayıb. Aytən Qarayeva ailənin 3 bacıdan ortancıl qızı idi. Allah rəhmət eləsin.
Zerdab.com