Halsızlıqdan, iştahasızlıqdan əziyyət çəkən yaxınlarımdan birini Zərdab Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsinə aparmışdım. Sözün açığı, mən onu Bakıya həkimə aparmağın tərəfdarı idim. Ancaq nə yaxşı, elə Zərdab Rayon Mərkəzi Xəstəxanasına – endokrinoloq Xavər Teymurova həkimin qəbuluna apardıq. Olduqca səmimi, mehriban insan təsiri bağışlayan Xavər həkim xəstəni səbirlə dinlədi, sorğu-sual etdi, daha sonra qan analizinə göndərdi. Analizləri verdik və müalicə yazdı. Səmimi deyək, düşünürdük ki, müalicə effek verməsə, Bakıya da endokrinoloq müalicəsinə apararıq. Heç bir həftə keçmədi ki, müalicə effekt verməyə başladı. Sözün açığı, mən heç vaxt Xavər xanımın qəbulunda olmamışdım, necə bir həkim olduğunu da bilmirdim. Bəli, Xavər Teymurova kimi savadlı həkimlərin qədrini bilməliyik. Nəinki Zərdab, elə Ucarda, Kürdəmirdə, Ağcabədidə, digər yaxın rayonlarda da belə bir savadlı həkimimizi tanısalar, yaxşıdır. Qoy gəlsinlər, savadlı bir həkimin müalicəsindən fayda görsünlər.
Zərdab Rayon Mərkəzi Xəstəxanasında təmirdən sonra heç vaxt olmamışdım. Qan analizi verərkən buradakı laboratoriyadakı səliqə-səhman da diqqətimizi çəkdi. Lobarotoriya şöbəsinin müdiri Sülhiyyə Bayramovaya da xəstələrə analiz verən zaman göstərilən diqqətə görə təşəkkür edirik.
Sonda isə Zərdab Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı, uzun illərin dostu Bəxtiyar Xəlilzadəyə göstərdiyi diqqətə görə minnətdarlıq edirik. Adamın üstündə Allah var, Zərdab Rayon Mərkəzi Xəstəxanası son vaxtlar müsbətə doğru çox dəyişib, inşallah, bundan sonra da belə davam edər. Allah bütün xəstələrə şəfa versin. Allahdan hər kəsə cansağlığı, sağlam, mənalı ömür arzulayırıq.
Zerdab.com