Zerdab.com saytının paylaşdığı şikayətlə bağlı TƏBİB-dən AÇIQLAMA

0
3458

Zərdabın Qoruqbağı kənd sakininə Rayon Mərkəzi Xəstəxanasında (RMX) qan tapılmaması ilə bağlı Zerdab.com saytında məlumat paylaşılıb.

Yayılan videogörüntüdə xəstəyə təcili mənfi rezuslu 1-ci qrup qan lazım olduğu, amma tapılmadığı vurğulanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq xəstənin dəqiqləşdirilməmiş anemiya diaqnozu ilə qəbul edildiyi bildirilib.

“Vətəndaş Bəxtiyar Allahverdiyev 06.06.2024-cü il saat 17:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə dəqiqləşdirilməmiş anemiya diaqnozu ilə qəbul edilib. Pasiyentdə ümumi zəiflik, təngnəfəslik, iştahanın olmaması, nəcisin rənginin tünd olması kimi şikayətlər olub.

Pasiyent 08.06.2024-cü il saat 11:00-da Reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabilləşdikdən sonra yenidən 08.06.2024-cü ildə Terapiya şöbəsinə yerləşdirilib. Ondan analizlər götürülüb və laborator nəticələrə uyğun müalicəsi davam etdirilib.

09.06.2024-cü il və 10.06.2024-cü ildə xəstənin digər xəstəxanaya hospitalizasiyası üçün müraciət edilib. Pasiyentin aidiyyəti üzrə tibb müəssisələrindən birinə köçürülməsi nəzərdə tutulur.

Xəstə rezus mənfi bir qan qrupuna mənsubdur. Bunun üçün Qan Bankına müraciət olunub. Qan bankından qan alındıqdan sonra Zərdab RMX-yə hematoloq dəvət olunacaq və qan köçürüləcək”, – deyə məlumatda vurğulanır.

https://fb.watch/sEWevHlKTD/