Zərdabda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanıblar

0
4612

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar.

Zerdab.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin yeddi baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1 850 manat ziyan vurduqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.