Təhsil İdarəsinin müdiri Zərdabda müəllimlərlə görüşüb – Foto

0
3755
Zərdab şəhər H.Zərdabi adına 1 nömrəli məktəb-lisey və Ucar rayonu Qarabörk kənd tam orta məktəbində ötən ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesindən uğur qazanmayan müəllimlərlə, eləcə də “Təhsil işçiləri üçün idarəetmə və inkişaf proqramı” layihəsi ilə bağlı bir qrup gənc müəllimlə görüş keçirilib.
Zerdab.com saytı xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və əməkdaşları, bir qrup müəllim iştirak edib.
Çıxış edən Təhsil İdarəsinin müdiri Elçin Kərimov təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təşkil edilməsinin məqsədi barədə danışıb. İdarə müdiri müəllimlərin öz səriştələrini artırmaq baxımından bu prosesin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Daha sonra sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlərini bölüşərək onlara təkrar sertifikatlaşdırma imtahanında uğurlar arzulayıb.
Görüşün digər hissəsində İdarə müdiri gənc müəllimlərlə görüşərək “Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı” layihəsi barədə maarifləndirici məlumat bildirib. O qeyd edib ki, layihənin məqsədi potensiallı kadrların aşkar olunması, onların məktəb idarəetməsi üzrə peşəkar inkişaflarının təmin edilməsi, vəzifədə irəli çəkilməsi, rəhbər vəzifələrə təyin olunmasından ibarətdir.
Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Bundan başqa, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Ucar rayonu Qazyan kənd 2 nömrəli və Zərdab rayonu Dəliquşçu kənd tam orta məktəblərinin yeni tikilən binaları ilə tanış olub.
Bununla bağlı olaraq məktəb binalarında tikinti-quraşdırma və konstruksiya işlərinin aparılması ilə bağlı idarə müdirinə müvafiq məlumatlar verilib. Bildirilib ki, hər iki ümumi təhsil müəssisəsində sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı, açıq idman meydançası və tibb otağı fəaliyyət göstərəcək.
Eyni zamanda məktəblərin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işlərinin aparılması da nəzərdə tutulub.
Qeyd edək ki, yeni tikilən 260 yerlik Ucar rayonu Qazyan kənd 2 nömrəli və Zərdab rayonu Dəli quşçu kənd tam orta məktəblərin binasının 2024-2025-ci tədris ili ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
Bir 10 nəfər və mətn şəkili ola bilər
Bir taxta-şalban anbarı şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər