Aprelin 12-si Kür çayında batan ata və 6 yaşlı qızının axtarışları davam edir.
Zerdab.com saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarılır.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub.
Zerdab.com