Zərdabda 5 ildə məktəblərin tikintisi nəzərdə tutulsa da, işlərə başlanılmayıb

0
5360
sahhuseynli-mektebi

Zərdab şəhərində 2 nömrəli məktəbin, habelə Gəlmə, Şahhüseynli və Bıçaqçı kənd tam orta məktəblərinin əsaslı təmiri, Şəftəxal kəndində orta məktəbin yeni binasının tikintisi, Bəyimli qəsəbəsində modul tipli tam orta məktəbin tikintisi regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulub.

Zerdab.com saytı xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabatda bildirilib ki, müddət başa çatsa da, adıçəkilən kəndlərdə hər hansı tikinti və təmir işlərinə başlanılmayıb:

“2022-ci ilin dövlət investisiya proqramı çərçivəsində Zərdab rayonunun Dəliquşçu kəndində tam orta məktəbin tikintisi üzrə layihə smeta sənədləri hazırlanıb. Bu sahədə işlərin sürətləndirilməsi məqsədəuyğun olardı”.

Bildirilib ki, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə Elm və Təhsil Nazirliyinə ayrılmış xərclər hesabına Zərdab rayonunun digər məktəblərinin əsaslı təmiri məsələsinə növbəti illər üzrə dövlət investisiya proqramı çərçivəsində baxılacaq.