Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin fevral ayında şəhər və rayonlarda keçirəcəkləri vətəndaş qəbulunun cədvəli açıqlanıb.
Zerdab.com saytı xəbər verir ki, vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.
Fevralın 1-də gənclər və idman naziri Fərid Qayıbov Kürdəmirdə vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Zərdab, Ucar, Kürdəmir sakinləri iştirak edə bilərlər.
Fevralın 9-da isə energetika naziri Pərviz Şahbazov Zərdab sakinlərini də qəbul edəcək.
Qəbul Ağdaş rayonunda baş tutacaq.
Qəbulda Zərdab, Ağdaş, Yevlax, Bərdə, Göyçay, Ucar, Qəbələ sakinləri iştirak edəcəklər.
Növbəti qəbul isə Ucar rayonunda olacaq.
Belə ki, ədliyyə naziri Fikrət Məmmədov fevralın 23-də vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Zərdab, Ucar, Kürdəmir sakinləri iştirak edəcəklər.
Zerdab.com